Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Leninqrad vilayətinin Vsevolojski rayonunun sakini alovlu tapança ilə doğum evinin pəncərəsinə atəş açıb və orada yanğın başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.
Rusiya nəşrinin məlumatına görə, avqustun 22-nə keçən gecə Koltuhskoye Şossedəki Vsevolojski doğum evinin dördüncü mərtəbəsində ginekoloji şöbə müdirinin kabinetində pəncərə sındırılıb, bundan sonra pərdə və divarın bir hissəsi yanıb.
Hadisə zamanı xəsarət alan olmayıb, doğum evi təxliyə edilməyib.
Polis əməkdaşları müəyyən ediblər ki, sərxoş 29 yaşlı kişi doğum evinin 4-cü mərtəbəsindəki qoşa şüşəli pəncərəyə alovlu tapançadan atəş açıb. O, artıq saxlanılıb.
E.ŞİRİNOV