19 Avqust 2025 / 21:38

Donald Tramp: Avropanın böyük dövlətləri Ukraynada qoşun yerləşdirmək planındadır

Fransa, Böyük Britaniya və Almaniya sülhün əldə olunduğu təqdirdə öz hərbçilərini Ukrayna ərazisində yerləşdirməyə hazırdırlar.

“Tezadlar” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində bildirib.

“Fransa və Almaniya, eləcə də Böyük Britaniya öz qoşunlarını Ukraynada yerləşdirmək istəyir. Bunun problem olacağını düşünmürəm”, – o qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!