Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ Prezidenti Donald Tramp tərəflərin Qəzza zolağında döyüş əməliyyatlarının dayandırılması ilə bağlı razılaşma əldə etməyə “çox yaxın” olduğunu bəyan edib.
“Təzadlar” xəbər verir ki, bunu ABŞ lideri Nyu-Yorkda “Ryder Cup” qolf turnirinə yola düşməzdən əvvəl jurnalistlərə bildirib.
“Düşünürəm ki, Qəzza ilə bağlı razılaşmaya çox yaxınıq”, – o deyib və əlavə edib ki, bu razılaşma HƏMAS-ın saxladığı israilli girovların qaytarılmasına kömək edəcək.
“Bu, müharibəyə son qoyacaq bir razılaşma olacaq. Bu, sülh olacaq”, – D.Tramp vurğulayıb.