1 Avqust 2025 / 22:45

Donald Tramp iki nüvə sualtı qayığının regionlarda yerləşdirilməsi əmri verib

“Rusiyanın sabiq prezidenti, hazırda Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedevin son dərəcə təxribat xarakterli bəyanatlarına əsaslanaraq, bu axmaq və qızışdırıcı bəyanatların real addıma çevrilməsi halına qarşı müvafiq regionlarda iki nüvə sualtı qayığının yerləşdirilməsi üçün göstəriş vermişəm.”

Tezadlar.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.

“Sözlər çox vacibdir və çox vaxt gözlənilməz nəticələrə səbəb ola bilər. Ümid edirəm ki, bu, o hallardan biri olmayacaq.”, – deyə Tramp əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!