23 Sentyabr 2025 / 23:07

Donald Tramp: Zelenskiyə təsir planları barədə suala cavab yoxdur

BMT-nin Baş Assambleyasında çıxış etmək üçün təşkilatın mənzil qərargahına gələn ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ukraynalı həmkarı Volodimir Zelenskiyə təsir göstərməyi planlaşdırıb-planlaşdırmadığı barədə Rusiya KİV-in sualını cavablandırmaqdan imtina edib.

“Təzadlar” xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Tramp həmçinin yaxın zamanda Moskvaya səfərinin perspektivləri haqqında suala da cavab verməyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin avqustun 15-də Alyaskada görüş zamanı Trampı Moskvaya dəvət etmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!