Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Martın 15-də Donetskin Petrovski rayonunda Ukrayna Silahlı Qüvvələrinin atəşə tutması nəticəsində bir qadın və 14 yaşlı yeniyetmə yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə DXR-in Ukraynanın Müharibə Cinayətləri ilə bağlı Məsələlərə Nəzarət və Koordinasiya Birgə Mərkəzindəki nümayəndəliyində məlumat verilib.
Məlumat departamentin Telegram-kanalında dərc olunub.
Belə ki, Saltıkov-Şçedrin küçəsində bir yeniyetmə, Bəstəkarlar küçəsində isə qadın yaralanıb.
Bununla yanaşı, departamentdən bildirilib ki, saat 10:35-də Ukrayna hərbçiləri eyni əraziyə dörd NATO çaplı 155 millimetrlik mərmi atıb.
Bir gün əvvəl, martın 14-də Ukrayna Silahlı Qüvvələrinin Oleksandrivkaya endirdiyi zərbə nəticəsində bir mülki vətəndaşın yaralandığı məlum olub. Həmin gün Donetsk ətrafında bir azyaşlının güllə yarasından öldüyü bildirilir.
E.ŞİRİNOV