Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2025 / 11:40

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşlər keçirilib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şəfəq Həsənəlizadə və Kamal Hüseynli ilə görüşlər keçirib.

Tezadlar.az xəbər verir ki, görüşlərdə mentorluq proqramından gözləntilər, qaliblərin maraq dairələri, fərdi inkişaf planları, karyera hədəfləri barədə fikir mübadiləsi aparılıb.

Gənc və yüksək ixtisaslı kadrların ölkənin gömrük orqanlarının inkişafına verdiyi töhfə, gömrük işi sahəsində həyata keçirilən innovativ layihələr, eləcə də bu təşəbbüslərə müsabiqə qaliblərinin cəlb olunması perspektivləri müzakirə edilib, onların rəy və təklifləri dinlənilib.

Komitə sədri qaliblərə bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!