Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Belarusun Ukrayna Silahlı Qüvvələrinin (USQ) pilotsuz uçuş aparatlarından (PUA) müdafiəsi üçün Rusiyanın köməyinə ehtiyacı yoxdur.
Tezadlar.az xəbər verir ki, bunu Qazeta.ru-ya müsahibəsində Minsk səmasında pilotsuz təyyarənin vurulması ilə bağlı xəbərləri şərh edən Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Aleksey Juravlev deyib.
O xatırladıb ki, 2009-cu ildə ölkələr İttifaq dövlətinin vahid hava hücumundan müdafiə sistemini yaradıblar və o vaxtdan bəri Rusiya və Belarusun bütün idarələri bu sahədə əməkdaşlıq edir, radar məlumatlarını mübadiləsi aparır və döyüş növbətçiliyi zamanı koordinasiya edir. Bundan əlavə, Rusiya və Belarus ekipajları “nəyin və nə vaxt vurulacağına dair razılığa gəliblər”.
Parlamentari əlavə edib ki, razılaşmaya əsasən, Moskva Minskə əlavə S-400 zenit-raket kompleksləri verə bilər. “Lakin son hadisələrdən göründüyü kimi, belaruslu tərəfdaşlarımız özləri kifayət qədər yaxşı işləyirlər, çünki düşmənin pilotsuz təyyarəsi – qəsdən göndərilməsindən və ya təsadüfən oraya uçmasından asılı olmayaraq – vaxtında aşkar edilib və vurulub”, – Juravlev fikrini yekunlaşdırıb.
Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa lenta.ru ilə söhbətində ekspertlərin ilk məlumatlarına əsasən, Minskdə vurulan pilotsuz təyyarənin Ukraynaya məxsus olduğunu bildirib. O, həmçinin etiraf edib ki, Kiyev hadisəni Rusiya tərəfinin təxribatı adlandıracaq və ya hadisəni texniki problemlərlə əlaqələndirəcək.
İyulun 29-na keçən gecə Minskdə trotillə doldurulmuş döyüş pilotsuz təyyarəsi vurulub. Dronun məhv edilməsinin görüntüləri də internetdə yayılıb.
E.ŞİRİNOV