Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
12 May 2025 / 13:45

Dövlət Miqrasiya Xidmətində seminar keçirilib

Dövlət Miqrasiya Xidmətində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri və “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları üçün seminar keçirilib.

Tezadlar.az xəbər verir ki, seminarda Milli Məclisin Deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov və Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəis müavini Kəyan Hacıyev milli dövlətçilik ideologiyasının əsasının qoyulması, ölkədə sabitliyin bərqərar edilməsi, iqtisadiyyatın bazar iqtisadiyyatına inteqrasiyasının təmin olunması istiqamətində atılan mühüm addımlardan, eləcə də Konstitusiya və Suverenlik ili barədə gənclərə ətraflı məlumat veriblər.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin tarixi və hüquqi baxımdan əhəmiyyəti vurğulanıb, həmçinin sonrakı mərhələdə Prezident cənab İlham Əliyevin dövlətin ali qanununun daha da təkmilləşdirilməsi,  Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam bərpa olunması və ölkəmizin real suverenliyinin təmin edilməsi ilə əlaqədar gördüyü böyük işlər diqqətə çatdırılıb.

Seminarın sonunda mövzuya dair nümunələr əsasında fikir mübadiləsi aparılıb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!