Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2025 / 12:31

Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşəbbüsü əsasında dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

AKAF-dan Tezadlar.az-a bildirilib ki, tədbir iyunun 10-11-də Dənizkənarı Bulvar ərazisində təşkil olunacaq.

İyunun 10-da saat 10:00-dan 15:00-a qədər dövlət qurumlarının əməkdaşları avarçəkmə məşqləri keçəcəklər.

İyunun 11-də saat 11:00-dan 15:00-a qədər isə yarışlar gerçəkləşəcək. Turnir iştirakçıları 1 və 2 nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində olmaqla 200 metr məsafəyə mübarizə aparacaqlar.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində məqsəd ölkəmizdə avarçəkmə idman növünü təbliğ etmək, kütləviliyin təmini və populyarlığı artırmaqdır.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!