Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hökumət Tbilisi Dövlət Universiteti ilə Gürcüstan Texniki Universitetinin birləşdirilməsi ilə bağlı əvvəlki qərarını dəyişib. Tezadlar.az xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə məlumat verib. Baş nazir bildirib ki, GTU-nun rəhbərliyi və professor-müəllim heyəti ilə keçirilən görüşdən sonra universitetlərin birləşdirilməməsi barədə razılıq əldə olunub. Onun sözlərinə görə, “bir şəhər — bir fakültə” prinsipi çərçivəsində Gürcüstan Texniki Universiteti tam texniki profilli ali təhsil müəssisəsinə çevriləcək. Kobaxidze qeyd edib ki, gələcəkdə GTU-da yalnız 1990-cı illərədək tədris olunan ixtisaslar saxlanılacaq. Növbəti akademik ildən etibarən həmin dövrə qədər proqramda yer almayan ixtisaslar üzrə qəbul aparılmayacaq. Texniki profili olmayan proqramlar isə iki il ərzində mərhələli şəkildə dayandırılacaq. Qeyd edək ki, brifinqdən əvvəl baş nazir GTU-nun rektoru və akademik heyəti ilə görüş keçirib.
Xatırladaq ki, hökumətin iki universitetin birləşdirilməsi barədə qərarı yanvarın 29-da açıqlanmışdı. Qərar hər iki universitetin akademik dairələri tərəfindən tənqidlə qarşılanmışdı.