Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
7 Yanvar 2026 / 10:10

Dumanlı hava görünüş məsafəsini 50–500 metrədək məhdudlaşdırıb

Hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olunur.

Tezadlar.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, eləcə də Quba, Yevlax, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Lənkəran və Astarada görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, dumanın əmələ gəlməsinə səbəb gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yer səthinin soyuması və havanın temperaturunun aşağı düşməsidir.

“Dumanlı hava şəraitinin yanvarın 9-u axşamadək fasilələrlə davam edəcəyi gözlənilir”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!