Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2025 / 14:17

DVX xeyriyyə tədbiri keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif təşəbbüslərin dəstəklənməsini daim diqqətdə saxlayır və ictimai layihələrin həyata keçirilməsində fəal iştirak edir. Bu məqsədlə DVX-də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Balaca ulduzlar” adlı tədbir və xeyriyyə yarmarkası təşkil edilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə vergi xidməti əməkdaşlarının övladlarının istedadlarının nümayiş etdirildiyi videoçarx izlənilib, təşkil olunan xeyriyyə yarmarkasında onların əl işlərindən ibarət yaradıcılıq nümunələri təqdim edilib. Rəsm əsərləri və digər əl işlərinin satışından əldə olunan gəlir xeyriyyə məqsədlərinə – valideyn himayəsindən məhrum uşaqların ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Yarmarka başa çatdıqdan sonra uşaqlar üçün Azərbaycan haqqında maarifləndirici təqdimat keçirilib, məktəblilərə dövlətimizin tarixi, rəmzləri, coğrafi mövqeyi, mədəniyyəti barədə məlumat verilib. Tədbirin davamında isə məktəblilər üçün interaktiv yarışma təşkil olunub. Yarışmada fərqlənən məktəblilərə müxtəlif hədiyyələr verilib.

Artıq ikinci ildir ki, təşkil olunan tədbir məktəblilərdə xoş təəssüratlarla yadda qalaraq DVX-də daxili kommunikasiyanın möhkəmlənməsini və faydalı yeniliklərin ənənə kimi formalaşmasını təmin edir.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!