Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyənin tanınmış müğənnisi Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb.
“Tezadlar” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özdemir Səlahəddin Yılmazın rəhbərlik etdiyi cinayət təşkilatına üzv olmaqda ittiham edilir.
Müxtəlif istiqamətlərdə aparılan istintaq hərəkətlərinin təfərrüatlarının yaxın günlərdə ictimaiyyətə açıqlanacağı bildirilib.
Xatırladaq ki, Ebru Gündeşin keçmiş əri olan iş adamı Rza Zərrab da 2016-cı ildə ABŞ-də çirkli pulların yuyulmasında ittiham edilərək həbs olunmuşdu.
Qeyd edək ki, Ebru Gündeş Murat Özdemirlə bu ilin fevralında ailə qurub. Bu, Ebrunun 4-cü evliliyidir.