Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 Fevral 2026 / 14:48

“Əbu-Dabidəki danışıqların nəticəsindən danışmaq hələ tezdir” – Rusiya prezidentinin sözcüsü

Rusiya, ABŞ və Ukrayna nümayəndələri Əbu-Dabidə danışıqları davam etdirdikləri üçün onların nəticələri barədə hələlik heç bir məlumat yoxdur.

Tezadlar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Danışıqlar bu gün davam edir, ona görə də hər hansı bir nəticə çıxarmaq üçün hələ tezdir”, – deyə Dmitri Peskov vueğulayıb

Kremlin sözçüsü həmçinin bildirib ki, Rusiya nümayəndə heyəti danışıqların gedişatı ilə bağlı ən son məlumatları Rusiya prezidenti Vladimir Putinə operativ şəkildə çatdırır.

Xatırladaq ki, üçtərəfli təhlükəsizlik məsləhətləşmələrinin birinci mərhələsi 23-24 yanvar tarixlərində Əbu-Dabidə baş tutub. İkinci mərhələ isə bir gün əvvəl başlayıb.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!