Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əfqanıstanda 5,8 maqnitudalı zəlzələ bir ailənin səkkiz üzvünün həyatına son qoyub.
Tezadlar.az “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələ aprelin 3-ü axşam saatlarında şimal-şərqdəki Bədəxşan vilayətində 186 kilometr dərinlikdə baş verib.
Qeyd olunub ki, yeraltı təkanlar paytaxt Kabil də daxil olmaqla ölkənin bir neçə regionunda hiss olunub.
“Kabil vilayətinin Qosfənd-Dərə rayonunda zəlzələ nəticəsində bir ailənin səkkiz üzvü həlak olub”, – Səhiyyə Nazirliyinin mətbuat katibi Şərafət Zaman bildirib.
O əlavə edib ki, ailədən yalnız iki yaşlı bir uşaq sağ qalıb.