İran prezidenti Məsud Pezeşkian prezident İlham Əliyevlə telefon söhbətinin əsas mahiyyətini açıqlayıb.. O, “Qardaşım İlham Əliyev ilə söhbətimdə Azərbaycan hökumətinin və xalqının rəğbətini və dəstəyini yüksək qiymətləndirdim”- deyə özünün “X” hesabında belə yazıb. Sitat: “Dost və qardaş xalqlar çətin anlarda bir-birini tapır və sivilizasiya kökləri nə qədər dərin olarsa, bu bağ bir o qədər güclü olar”.







