1 Sentyabr 2025 / 10:50

Əfqanıstanda zəlzələdə ölənlərin sayı hazırda 630-u keçib

Əfqanıstanda zəlzələ nəticəsində azı 630 nəfər ölüb, 500-dən çox insan yaralanıb. Tezadlar.az “Reuters”ə istinadla bildirir ki, Əfqanıstanda baş verən güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, zəlzələ yerli vaxtla bazar ertəsi gecə Pakistanla sərhədə yaxın Cəlalabad şəhərindən təxminən 20 km məsafədə 6 maqnitudada baş verib. Zəlzələ ocağı təxminən 8 km dərinlikdə yerləşib. “Biz genişmiqyaslı xilasetmə əməliyyatına başlamışıq və yüzlərlə insanı zərər çəkmiş ərazilərin sakinlərinə kömək etmək üçün səfərbər etmişik”, – ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Şərafət Zaman deyib. Onun sözlərinə görə, zəlzələ ucqar dağlıq ərazidə baş verdiyi üçün “insan itkiləri və infrastruktura dəyən ziyanla bağlı dəqiq məlumat almaq vaxt aparacaq”.

Ölənlərin və yaralananların sayının daha da artacağı bildirilir.

Elbar

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!