Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.
Tezadlar.az-ın məlumatına görə, Şəmsi Səmədzadə Gürcüstan ərazisində saxlanılaraq, həbs olunub.
Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq. Məlumatı Şəmsi Səmədzadənin ailəsi də Demokrat.az-a təsdiqləyib.
Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib. Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb./ Demokrat.az