31 İyul 2025 / 08:59

Əhaliyə ən təhlükəli yeraltı təkanların vaxtı bildirildi

Yaxın iki gündə Kamçatkada ən təhlükəli yeraltı təkanlar gözlənilir.

Tezadlar.az xəbər verir ki, bu proqnozu Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkanologiya və Seysmologiya İnstitutunun (IVS) zəlzələ və vulkan püskürmələrinin proqnozu üzrə Baş Şurası Telegram kanalında dərc edib.

İyulun 30-da baş vermiş zəlzələ Kuril-Kamçatka qövsünün ən təhlükəli hissəsi – Avaça körfəzindəki seysmik boşluq üçün uzunmüddətli seysmik proqnozu yerinə yetirib. Onu REA-nın akademiki Sergey Fedotovun metodu əsasında fizika-riyaziyyat elmləri namizədi Aleksey Solomatin tərtib edib. Elm adamları hesab edirlər ki, baş verən hadisə son onilliklər ərzində sözügedən ərazidə toplanmış enerjinin əsas hissəsinin sərbəst buraxılmasına kömək edib.

Bölgə sakinləri aylarla afterşok gözləməlidirlər, lakin güclü seysmik hadisələrin təkrarlanması baxımından ən təhlükəlisi növbəti iki gündür.

Qeyd edək ki, iyulun 30-da Kamçatkada 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib, maqnitudası 8,7 bal olub. Bundan sonra Saxalin vilayətindəki Severo-Kurilskdən dörd sunami dalğası keçib. Sunami dalğaları ABŞ-a da çatıb. Rusiya Elmlər Akademiyasının Zəlzələlərin Proqnozlaşdırılması Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun direktoru Petr Şebalin bildirib ki, Kamçatkada ən azı 10 il ərzində müqayisə edilə bilən zəlzələlər gözlənilmir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!