4 Fevral 2026 / 11:55

Əkrəm İmamoğlunun qaynı Ali Kaya da daxil olmaqla 19 şübhəli nəzarətə alındı

Türkiyədə İstanbul Polis İdarəsi qrupları tərəfindən keçirilən əməliyyatda 27 şübhəli haqqında həbs qərarı verilib. 

Tezadlar.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki,  İstanbul Baş Prokurorluğunun Qaçaqçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə üzrə İstintaq Bürosu tərəfindən narkotik istintaqı davam edir.

İstintaq çərçivəsində Əkrəm İmamoğlunun (İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılan və sonradan həbs edilən) həyat yoldaşı Dilek İmamoğlunun qardaşı Ali Kaya nəzarətə alınıb.

Məlumata görə, İstanbul Baş Prokurorluğu aşağıdakı açıqlamanı verib:

“”Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərin İstintaq Bürosu tərəfindən aparılan 2026/22490 saylı istintaq çərçivəsində;

İstanbul Polis İdarəsinin Narkotiklə Mübarizə Şöbəsi tərəfindən təlimatlarımıza uyğun olaraq 27 şübhəliyə qarşı aşağıdakı cinayətlər üzrə axtarış, müsadirə və həbs əməliyyatı aparıldı:

İstifadə üçün narkotik və ya stimullaşdırıcı maddələrin saxlanması, narkotik maddələrin istifadəsinə kömək etmək, kimisə fahişəliyə təhrik etmək, onu asanlaşdırmaq, yaxud vasitəçi kimi çıxış etmək və ya fahişəlik üçün yer təmin etmək.

Bu çərçivədə 19 şübhəli saxlanılıb və qaçaq şübhəlilərin axtarışı davam edir.  İstintaq diqqətlə davam edir.”

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!