Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.
Ekvadorda, Quayaquil Universitet Xəstəxanasında avqustun əvvəlində 12 yeni doğulmuş körpə ölüb. Yerli hakimiyyət orqanları hadisədən narahat olaraq araşdırma başladıb.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, körpələrin ölümü vaxtından əvvəl doğuş səbəbindən yaranan fəsadlara görə kliniki vəziyyətləri ilə bağlı olub.
Bildirilib ki, onlardan ikisinin ölümü isə orqanizmlərinə bakteriyaların düşməsi nəticəsində yaranan fəsadlarla bağlıdır.
Ölkənin səhiyyə naziri xəstəxananın direktorunun vəzifəsindən azad olunması barədə əmr verib. Hadisə ilə bağlı yerli prokurorluq və ombudsman araşdırmaya qoşulub. İstintaq çərçivəsində xəstəxana rəhbərliyinə işçilər barədə ətraflı məlumat, avadanlıqların vəziyyəti və maliyyə hesabatını təqdim etmək tapşırılıb.