Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

(27 Mart – Elm Günü münasibətilə kiçik etüdlər)
Azərbaycanda elmə münasibət vəonun inkişaf istiqamətləri dövlətsəviyyəsində ardıcıl, məntiqi şəkildə vəmilli inkişaf prioritetlərinə müvafiqformada müəyyən olunur. Bu kontekstdəölkə Prezidenti, cənab İlham Əliyev dəfələrlə vurğulamışdır ki, “ölkəninuzunmüddətli inkişafı məhz elm, təhsilvə innovasiyalara əsaslanmalıdır”. Bu yanaşma Azərbaycanın inkişafmodelində elmin aparıcı rolunu açıqşəkildə təsdiq edir.
1. Elmin müasir vəzifələri və prioritetləri
Müasir mərhələdə elmin qarşısında duran vəzifələr daha sistemli və strateji xarakterdaşıyır. Ümumi kontekstdə elm aşağıdakı istiqamətlər üzrə prioritetləşdirilmişdir:
Bu baxımdan qəbul edilmiş Elm haqqında Azərbaycan Respublikasının Qanunu elmifəaliyyətin hüquqi bazasını müəyyən etməklə yanaşı, elmin idarə olunması, maliyyələşdirilməsivə inkişafının əsas prinsiplərini də sistemləşdirmişdir. Qanunda elmin prioritet sahələrininmüəyyən edilməsi, elmi nəticələrin tətbiqi və kommersiyalaşdırılması kimi məsələlər xüsusi yertutmuşdur.
2.Elm–təhsil–iqtisadiyyat–texnologiyanın effektiv inteqrasiyası
Elmin real iqtisadi gücə çevrilməsi üçün onun təhsil və istehsalatla inteqrasiyası əsasşərtdir. Bu istiqamətdə dövlət tərəfindən bir sıra strateji sənədlər də qəbul olunmuşdur. XüsusiləAzərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər sənədində innovasiya, rəqəmsallaşma və insan kapitalının inkişafı əsas prioritet kimi müəyyən edilmişdir.
Bununla yanaşı, aşağıdakı problemlər də öz aktuallığını saxlayır:
Bu kimi problemlərin həlli üçün “üçlü spiral modeli” (elm–təhsil–biznes əməkdaşlığı)daha effektiv mexanizm kimi çıxış edir. Eyni zamanda, texnoparkların, startap mərkəzlərinin vəinnovasiya strukturlarının və klasterlərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Həminproblemlərin aradan qaldırılması üçün iqtisadi diversifikasiyanın, kadr potensialının, institutsional islahatların və milli innovasiya ekosisteminin gücləndirilməsi zəruridir.
3. Elmi islahatlar və rəqəmsallaşma çağırışları
Qlobal çağırışlar elmi idarəetmə sistemində köklü islahatların aparılmasını zəruri edir.
Elmi islahatların əsas məqsədi elmin idarə olunmasını daha çevik, şəffaf və nəticəyönümlüetməkdir.
Müasir dövrdə elmi islahatlar yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır, eynizamanda rəqəmsal transformasiyanı da əhatə edir. Elmin rəqəmsallaşdırılması aşağıdakıistiqamətlərdə daha yaxşı nəticələr verə bilər:
Eyni zamanda, Süni intellekt texnologiyalarının elmdə tətbiqi yeni keyfiyyət mərhələsi vəparadiqması yaradır. Süni intellekt artıq:
Lakin bu proseslər yeni digər problemləri də gündəmə gətirir: etik məsələlər, məlumattəhlükəsizliyi, texnoloji asılılıq, kadr çatışmazlığı və s. Elmi islahatlar həmçinin bu istiqamətləridə əhatə etməlidir:
4. Elmdə gənclər və elmi varislik
Elmin davamlı inkişafı nəsillərarası bilik ötürülməsindən asılıdır.
Gənc alimlər yeni ideyaların, innovativ yanaşmaların daşıyıcısıdırsa, yaşlı nəsil zəngin təcrübəvə metodoloji dərinliyin təmsilçisidir. Optimal model bu iki potensialın sintezini nəzərdə tutur:
Bu sintez olmadan nə innovasiya mümkündür, nə də elmi ənənələrin qorunması. Bu mənada
Elmin inkişafında insan kapitalının həlledici rolu danılmazdır. Gənc alimlərin elmə cəlb edilməsimilli siyasətin mühüm istiqamətlərindən biridir. Bu baxımdan:
Bunlarla yanaşı olaraq eyni zamanda, yaşlı nəslin elmi təcrübəsinin qorunması, ötürülməsi, onlardan effektiv istifadə edilməsi də çox vacibdir. Belə ki, unutmaq olmaz ki, Akademik məktəblər elmi davamlılığın əsas dayağıdır.
5. Beynəlxalq elmi əməkdaşlıq və qlobal inteqrasiya
Müasir elm milli sərhədləri aşan qlobal fenomendir. Odur ki, Beynəlxalq elmi əməkdaşlıqaşağıdakı üstünlükləri təmin edə bilir:
Bu baxımdan, beynəlxalq elmi şəbəkələrdə fəal iştirak, xarici universitet və tədqiqatmərkəzləri ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyır.
Qeyd olunduğu kimi, qloballaşan dünyada elm beynəlxalq əməkdaşlıq olmadan inkişafedə bilməz.
Azərbaycan alimlərinin beynəlxalq elmi şəbəkələrə inteqrasiyası bu imkanları yaradabilər:
6. Effektiv elmi liderlik və müasir tədqiqatçı alim modeli
Müasir dövrdə elmi təşkilat rəhbərləri yalnız idarəçi deyil, həm də innovasiya generatorulideri olmalıdır. Effektiv liderlik modeli aşağıdakı komponentləri əhatə edə bilər:
Müasir tədqiqatçı alim isə multidissiplinar, rəqəmsal bacarıqlara malik, öz ixtisassahəsinə dərindən bələd olan, subordinasiyalı, kommunikativ, innovasiya yönümlü vəbeynəlxalq əməkdaşlığa açıq şəxsiyyət kimi formalaşmalıdır.
7. Milli elmi kadrlara yüksək tələbat və texnoloji suverenlik
Elm bu gün həm də proqnostik funksiyaya malikdir – o, gələcəyin risklərini və imkanlarınıqabaqcadan müəyyən etməli, cəmiyyətin inkişaf trayektoriyasını modelləşdirməlidir.
Texnoloji inkişafın əsas şərti milli elmi kadr potensialıdır. Bu istiqamətdə aşağıdakıməsələlər prioritet hesab olunan bilər:
Milli inkişafın əsas şərtlərindən biri olan yüksək ixtisaslı elmi kadrların formalaşdırılmasıistiqamətində aşağıdakı tədbirlər də xüsusi əhəmiyyət kəsb edə bilər:
Bu kimi məsələlər bir daha onu göstərir ki, Milli elmi kadr potensialı olmadan texnolojisuverenlikdən danışmağın əhəmiyyəti azdır. Milli kadr potensialı güclü olmayan ölkə xariciölkələrdən texnoloji asılılıq riski ilə üz-üzə qala bilər.
8. Cəmiyyətin innovativ inkişaf modeli
Müasir inkişaf modeli innovasiya üzərində qurulur. İnnovasiya isə yalnız elminməhsuludur. Bu baxımdan:
Dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq Azərbaycan innovasiya əsaslıinkişaf mərhələsinə qədəm qoymuşdur. Bu isə elmin, təhsilin texnologiyanın, rolunu daha da artırır.
Beləliklə əminliklə qeyd etmək olar ki,
Elm bu gün yalnız bilik istehsalı deyil, həm də dövlətin, cəmiyyətin gələcəyini müəyyən edənəsas strateji resursdur. Milli siyasət, hüquqi baza, rəqəmsal transformasiya və insan kapitalı busistemin əsas sütunlarını təşkil edir. Bu mənada hesab etmək olar ki,
ölkənin gələcəyi birbaşa elmdən, təhsildən, texnologiyadan, onların inkişaf səviyyəsindən vəinnovativ potensialından çox asılıdır. Məlum olduğu kimi, Elm – innovasiya – iqtisadi inkişafzənciri müasir dövlətlərin tərəqqisinin əsasını təşkil edir. Azərbaycan üçün də bu istiqamət milli prioritetdir. Belə ki, Elm yalnız akademik mühitin deyil, bütövlükdə cəmiyyətin inkişafınınlokomotividir. Onun strateji idarə olunması, digər sahələrlə inteqrasiyası və insan kapitalınıngücləndirilməsi ölkənin davamlı və rəqabətqabiliyyətli inkişafının əsas təminatıdır.
27 Mart – Elm Günündə bütün alimləri, tədqiqatçıları və elm fədailərini TƏBRİK EDİR, ONLARA yeni yaradıcılıq uğurları və güclü elmi nəticələr ARZULAYIRIQ! QOY Milli inkişaf naminə ONLARA böyük elmi nailiyyətlər qazanmaq NƏSİB OLSUN!
Əlövsət Qaraca Əliyev