Əsas məzmuna keç

ELMİN STRATEJİ MİSSİYASI: MİLLİ ELMİ-TEXNOLOJİ SİYASƏT VƏ CƏMİYYƏTİN YENİ İNNOVATİV İNKİŞAF PARADİQMASI

(27 Mart – Elm Günü münasibətilə kiçik etüdlər)

…Müasir qlobal transformasiyalarşəraitində elm artıq yalnız nəzəri biliksahəsi deyil, milli təhlükəsizlik, iqtisadimüstəqillik və texnoloji suverenliyinəsas dayağına çevrilmişdir. Bu baxımdan 27 Mart – Elm Günü həm dəMilli elmi siyasətin mahiyyətini vəgələcək inkişaf prioritetləriniümumbəşəri aspektdə yenidəndüşünmək üçün mühüm platformadır.

Azərbaycanda elmə münasibət vəonun inkişaf istiqamətləri dövlətsəviyyəsində ardıcıl, məntiqi şəkildə vəmilli inkişaf prioritetlərinə müvafiqformada müəyyən olunur. Bu kontekstdəölkə Prezidenti, cənab  İlham Əliyev dəfələrlə vurğulamışdır ki, “ölkəninuzunmüddətli inkişafı məhz elm, təhsilvə innovasiyalara əsaslanmalıdır”. Bu yanaşma Azərbaycanın inkişafmodelində elmin aparıcı rolunu açıqşəkildə təsdiq edir.

1. Elmin müasir vəzifələri və prioritetləri

Müasir mərhələdə elmin qarşısında duran vəzifələr daha sistemli və strateji xarakterdaşıyır. Ümumi kontekstdə  elm aşağıdakı istiqamətlər üzrə prioritetləşdirilmişdir:

➢ Rəqəmsal iqtisadiyyatın formalaşdırılması,
➢ Süni intellekt texnologiyalarının tətbiqi və inkişafı,
➢ Yaşıl, inklüziv və dayanıqlı iqtisadi modelinin qurulması,
➢ Müdafiə və təhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi,
➢ İnnovasiya əsaslı sənayeləşmənin genişləndirilməsi və s.

Bu baxımdan qəbul edilmiş Elm haqqında Azərbaycan Respublikasının Qanunu elmifəaliyyətin hüquqi bazasını müəyyən etməklə yanaşı, elmin idarə olunması, maliyyələşdirilməsivə inkişafının əsas prinsiplərini  də sistemləşdirmişdir. Qanunda elmin prioritet sahələrininmüəyyən edilməsi, elmi nəticələrin tətbiqi və kommersiyalaşdırılması kimi məsələlər xüsusi yertutmuşdur.

2.Elm–təhsil–iqtisadiyyat–texnologiyanın effektiv inteqrasiyası

Elmin real iqtisadi gücə çevrilməsi üçün onun təhsil və istehsalatla inteqrasiyası əsasşərtdir. Bu istiqamətdə dövlət tərəfindən bir sıra strateji sənədlər də qəbul olunmuşdur. XüsusiləAzərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər sənədində innovasiya, rəqəmsallaşma və insan kapitalının inkişafı əsas prioritet kimi müəyyən edilmişdir.
Bununla yanaşı, aşağıdakı problemlər  də öz aktuallığını saxlayır:

• Elmi tədqiqatların istehsalata tətbiq mexanizmlərinin nisbi zəifliyi,
• Universitet–sənaye əlaqələrinin yetərincə inkişaf etməməsi,
• Startap və innovasiya ekosisteminin institusional baxımdan tam formalaşmaması,
• Rəqəmsal transformasiya prosesində koordinasiya problemləri,
• Elmi nəticələrin kommersiyalaşdırılmasının yetərsiz səviyyədə olması,
• Təhsil proqramlarının əmək bazarının tələblərinə tam uyğunlaşmaması,
• Unnovasiya ekosisteminin fragmentar xarakter daşıması və s.

Bu kimi problemlərin həlli üçün “üçlü spiral modeli” (elm–təhsil–biznes əməkdaşlığı)daha effektiv mexanizm kimi çıxış edir. Eyni zamanda, texnoparkların, startap mərkəzlərinin vəinnovasiya strukturlarının və klasterlərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Həminproblemlərin aradan qaldırılması üçün iqtisadi diversifikasiyanın, kadr potensialının,  institutsional islahatların və milli innovasiya ekosisteminin gücləndirilməsi zəruridir.

3. Elmi islahatlar və rəqəmsallaşma çağırışları

Qlobal çağırışlar elmi idarəetmə sistemində köklü islahatların aparılmasını zəruri edir.
Elmi islahatların əsas məqsədi elmin idarə olunmasını daha çevik, şəffaf və nəticəyönümlüetməkdir.

Müasir dövrdə elmi islahatlar yalnız struktur dəyişiklikləri ilə məhdudlaşmır, eynizamanda rəqəmsal transformasiyanı da əhatə edir. Elmin rəqəmsallaşdırılması aşağıdakıistiqamətlərdə daha yaxşı nəticələr verə bilər:

• Elektron elmi platformaların yaradılması;
• Açıq məlumat bazalarının formalaşdırılması;
• Rəqəmsal laboratoriyalar və virtual tədqiqat mühitləri;
• Elmi fəaliyyətin rəqəmsal monitorinqi və qiymətləndirilməsi və s.

Eyni zamanda, Süni intellekt texnologiyalarının elmdə tətbiqi yeni keyfiyyət mərhələsi vəparadiqması yaradır. Süni intellekt artıq:

❖ Böyük verilənlərin analizi,
❖ Elmi proqnozlaşdırma,
❖ Avtomatlaşdırılmış tədqiqat prosesləri,
❖ Yeni material və texnologiyaların kəşfi
və s. kimi sahələrdə geniş istifadə olunur.

Lakin bu proseslər yeni digər problemləri də gündəmə gətirir: etik məsələlər, məlumattəhlükəsizliyi, texnoloji asılılıq, kadr çatışmazlığı və s. Elmi islahatlar həmçinin bu istiqamətləridə əhatə etməlidir:

➢ Elmi fəaliyyətin nəticəyönümlü maliyyələşmə mexanizmlərinin tətbiqi,
➢ Elmi infrastrukturun yaradılması,
➢ Açıq elm (Open Science) prinsiplərinin genişləndirilməsi,
➢ Elmi qiymətləndirmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması və s.

4. Elmdə gənclər və elmi varislik

Elmin davamlı inkişafı nəsillərarası bilik ötürülməsindən asılıdır.
Gənc alimlər yeni ideyaların, innovativ yanaşmaların daşıyıcısıdırsa, yaşlı nəsil zəngin təcrübəvə metodoloji dərinliyin təmsilçisidir. Optimal model bu iki potensialın sintezini nəzərdə tutur:

• Mentorluq institutunun gücləndirilməsi,
• Gənc tədqiqatçılar üçün qrant və startap imkanlarının artırılması,
• Akademik məktəblərin qorunması və inkişaf etdirilməsi,
• Elmi mühitdə davamlılıq prinsipinin təmin edilməsi və s.

Bu sintez olmadan nə innovasiya mümkündür, nə də elmi ənənələrin qorunması. Bu mənada
Elmin inkişafında insan kapitalının həlledici rolu danılmazdır. Gənc alimlərin elmə cəlb edilməsimilli siyasətin mühüm istiqamətlərindən biridir. Bu baxımdan:

• Gənclər üçün qrant proqramlarının genişləndirilməsi;
• Startap və innovasiya fəaliyyətinə dəstək;
• Xaricdə təhsil proqramlarının təşviqi;
• Akademik mühitdə rəqabət və motivasiya mexanizmlərinin yaradılması və s. kimiməsələlər xüsusi əhəmiyyət kəsb edir.

Bunlarla yanaşı olaraq eyni zamanda, yaşlı nəslin elmi təcrübəsinin qorunması, ötürülməsi, onlardan effektiv istifadə edilməsi də çox vacibdir. Belə ki, unutmaq olmaz ki,  Akademik məktəblər elmi davamlılığın əsas dayağıdır.

5. Beynəlxalq elmi əməkdaşlıq və qlobal inteqrasiya

Müasir elm milli sərhədləri aşan qlobal fenomendir. Odur ki,  Beynəlxalq elmi əməkdaşlıqaşağıdakı üstünlükləri təmin edə bilir:

• Elmi bilik və texnologiyaların sürətli mübadiləsi;
• Birgə tədqiqat layihələri və qrant imkanları;
• Qlobal problemlərin (iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi və s.) birgə həlli;
• Milli elmin beynəlxalq reytinqinin yüksəldilməsi.

Bu baxımdan, beynəlxalq elmi şəbəkələrdə fəal iştirak, xarici universitet və tədqiqatmərkəzləri ilə əməkdaşlıq strateji əhəmiyyət daşıyır.

Qeyd olunduğu kimi, qloballaşan dünyada elm beynəlxalq əməkdaşlıq olmadan inkişafedə bilməz.

Azərbaycan alimlərinin beynəlxalq elmi şəbəkələrə inteqrasiyası bu  imkanları yaradabilər:

• Birgə layihələr və qrantlar,
• Texnologiya transferi,
• Elmi nəticələrin beynəlxalq səviyyədə tanınması,
• Qlobal problemlərin birgə həlli və s.
Bu baxımdan, beynəlxalq elmi fondlar və təşkilatlarla əməkdaşlığın genişləndirilməsi mühümstrateji əhəmiyyət daşıyır.

6. Effektiv elmi liderlik və müasir tədqiqatçı alim modeli

Müasir dövrdə elmi təşkilat rəhbərləri yalnız idarəçi deyil, həm də innovasiya generatorulideri olmalıdır. Effektiv liderlik modeli aşağıdakı komponentləri əhatə edə bilər:

• Strateji düşüncə və effektiv  fəaliyyət imkanları,
• Rəqəmsal idarəetmə bacarıqları,
• Komanda quruculuğu, əməkdaşlarla xoş münasibət, sosiallaşma, kommunikativ ünsiyyət vəmotivasiya,
• Ədalətli, qərəzsiz, şəffaf, qayda-qanunlara riayət etmə ruhunda kollegial idarəetmə,
• Qlobal elmi trendlərə adaptasiya və s.

Müasir tədqiqatçı alim isə multidissiplinar, rəqəmsal bacarıqlara malik, öz ixtisassahəsinə dərindən bələd olan, subordinasiyalı, kommunikativ,  innovasiya yönümlü vəbeynəlxalq əməkdaşlığa açıq şəxsiyyət kimi formalaşmalıdır.

7. Milli elmi kadrlara yüksək tələbat və texnoloji suverenlik

Elm bu gün həm də proqnostik funksiyaya malikdir – o, gələcəyin risklərini və imkanlarınıqabaqcadan müəyyən etməli, cəmiyyətin inkişaf trayektoriyasını modelləşdirməlidir.

Texnoloji inkişafın əsas şərti milli elmi kadr potensialıdır. Bu istiqamətdə aşağıdakıməsələlər prioritet hesab olunan bilər:

• STEM sahələrində kadr hazırlığının gücləndirilməsi;
• Süni intellekt və rəqəmsal texnologiyalar üzrə mütəxəssislərin yetişdirilməsi;
• Elmi fəaliyyətin sosial nüfuzunun artırılması;
• “Beyin axınının” qarşısının alınması və s.

Milli inkişafın əsas şərtlərindən biri olan yüksək ixtisaslı elmi kadrların formalaşdırılmasıistiqamətində aşağıdakı tədbirlər də xüsusi əhəmiyyət kəsb edə bilər:

• Prioritet sahələr üzrə kadr hazırlığının gücləndirilməsi,
• Xaricdə təhsil almış mütəxəssislərin ölkəyə cəlb edilməsi,
• Elmi fəaliyyətin sosial statusunun artırılması,
• Gənclərin elmə marağının stimullaşdırılması və s.

Bu kimi məsələlər bir daha onu göstərir ki, Milli elmi kadr potensialı olmadan texnolojisuverenlikdən danışmağın əhəmiyyəti azdır. Milli kadr potensialı güclü olmayan ölkə xariciölkələrdən texnoloji asılılıq riski ilə üz-üzə qala bilər.

8. Cəmiyyətin innovativ inkişaf modeli

Müasir inkişaf modeli innovasiya üzərində qurulur. İnnovasiya isə yalnız elminməhsuludur. Bu baxımdan:

• Startap ekosisteminin inkişafı,
• İnnovasiya strukturlarının və  zonalarının yaradılması,
• Rəqəmsal iqtisadiyyatın genişləndirilməsi,
• Süni intellekt əsaslı həllərin tətbiqi və s. kimi problemlər ölkənin gələcək inkişafını müəyyənedən əsas amillərdən hesab oluna bilər.

Dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq Azərbaycan innovasiya əsaslıinkişaf mərhələsinə qədəm qoymuşdur. Bu isə elmin, təhsilin texnologiyanın, rolunu daha da artırır.

Beləliklə əminliklə qeyd etmək olar ki,
Elm bu gün yalnız bilik istehsalı deyil, həm də dövlətin, cəmiyyətin gələcəyini müəyyən edənəsas strateji resursdur. Milli siyasət, hüquqi baza, rəqəmsal transformasiya və insan kapitalı busistemin əsas sütunlarını təşkil edir. Bu mənada hesab etmək olar ki,
ölkənin gələcəyi birbaşa elmdən, təhsildən, texnologiyadan,  onların inkişaf səviyyəsindən vəinnovativ potensialından çox asılıdır. Məlum olduğu kimi, Elm – innovasiya – iqtisadi inkişafzənciri müasir dövlətlərin tərəqqisinin əsasını təşkil edir. Azərbaycan üçün də bu istiqamət milli prioritetdir. Belə ki, Elm yalnız akademik mühitin deyil, bütövlükdə cəmiyyətin inkişafınınlokomotividir. Onun strateji idarə olunması, digər sahələrlə inteqrasiyası və insan kapitalınıngücləndirilməsi ölkənin davamlı və rəqabətqabiliyyətli inkişafının əsas təminatıdır.

27 Mart – Elm Günündə  bütün alimləri, tədqiqatçıları və elm fədailərini TƏBRİK EDİR, ONLARA yeni yaradıcılıq uğurları və  güclü elmi nəticələr ARZULAYIRIQ! QOY Milli inkişaf naminə ONLARA böyük elmi nailiyyətlər qazanmaq NƏSİB OLSUN!

Əlövsət Qaraca Əliyev

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…