Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 May 2025 / 08:46

Elşad Miri və Siracəddin Hacı, siz kimsiniz ki, səsarət edib din imizə dil uzadırsınz?

…Bismilləhir rahmənir rahim. Neçə vaxt idi Elşad Miri və son zamanlar bəzi hallarda onu da ötüb keçən Siracəddin Hacıya münasibətimi yazmaq fikirim olsa da ruhanilərimizin açıqlamaları olduğundan dayandırdımışdım. Amma 1 – 2 gün əvvəl İqbal Ağazədənin Elşad Miriyə ölkə televizyalqarında efir vaxtı verilməsi məsələsini hökümətdən tələb etməsi, artıq bizlər üçün ciddi siqnal olduğundan xəbər verir. Təvozakırlıqdan uzaq olmasın siyasətçi – dinçi kimi tanındığım üçün mövqeyimi yazmağa məcburam.
Əvvala din deyəndə tək yüsək əxlaq – mənaviyyat, mərifət (Allahı tanımaq) deyil, həm də hər bir insanın möcüzəvi (qeybi) aləmi dərk etmək və möcüzəvi (qeybi) aləmin bilavasitə iştirakçısı olaraq İlahi kəramət və qüdrət sahibi olmaqd üçün yol (əqidəvi- etiqadi), yəni məktəbdir. Bu məktəb insan üçün qaranlıq olan bütün suallara (ölüm, ölümdən sonrakı həyat, cənnət, cəhənnəm, ruh, mələklər, şeytan, Qiyamıt günü v ə s) cavab verir. Bu yol insana fikir edib düşünməyi, eyni zamanda təhlil edib, araşdırmağı, məxsusən insana düşmən olan Şeytam (lən)ı tanıtdırıb və ona qarşı mübarizəni öyrədir. Bir sözlə Allahşünaslıq və insanşünasıqeliminə yiyiələnməsə heç vaxt dinşünas ola bilməz.
Bu yolun ən yüksək səviyyədə nümunələrini Allah Quranında peyğəmbər (ə)lar və Əhli – beyt (ə)lar təqdim edilibdir. Qeybi (möcüzəvi) alamin iştirakçısı olmaq isə hər bir insanın fitrətiundə var və ondan insanlar mütamadi olaraq çox cüzü istifadə edir deyə peyğəmbər (ə)lar və Əhli – beyt (ə)lar kimi təkamülə çatıb, böyük nəaliyyətlər əldə edə bilmirlər. Ona görə görə Qeybi (möcüzəvi) aləm həmən insanlar üçün ya qaranlıq, ya da əlçatmaz görünür. Narahatçılığın, nigaranşılığın və hətta düşmənçiliyin səbəblərini buradan axtarmaq zərurəti yaranır. Din bütün bu problemlərin həllinin yollarını təqdim edir deyə Adəm peyğəmbər (ə)dan bəri gündəmdədir və daim axtarışdadır. Bu dinə kimsə nəsə əlavə etmək qüdrətində deyildir. Peyğəmbər (s) və Əhli – beyt (ə)lar öz əxlaq mənəviyyatları, elmləri, iradələri, cəsarətləri, şücaətləri, qeyrət- namusları, abır-həyaları və sair xüsusiyyətləri ilə möcüzəvi aləmin ən yaxşı iştirakçıları olublar deyə onlardan yaxşı birini tanımadığımıza görə, ata baabalarımızdan bizə miras qalmış dinimizin keşiyindəyik.
Qeyd edim ki, ata- babalrımız bizlərdən çox ağıllı olublar ki, dinimiz yalunda hər şeylərindən keçərək ömürlərini bərəkətlə başa vurmuşlar vu bu gün də xatirələrimizdə əziz olaraq yaşayırlar. Hətta o dərəcədə incəliklə irəli gediblərki, uşaqlara nağıl öyrətməklə başlayıblar ki, uşaq böyüdükcə başqa elmləri (bilgiləri) artıqca xəyal qvvələrini də böyütsün, çünki insan böyüdükcə istər istəməz möcüzəvi aləmə tanış olur və bilavasitə iştirakçısı olur. İnsan o qədər təkamülə çatmalıdır ki, Quranda nəql olunan möcüzələrə inanmaqla bərabər, həm də mnöcüzələr göstərmək kəramətində olsun.
İnsanın Qeybi (möcüzəvi) aləmlə sıx təmasda olmaq üçün isə ən başlıcası mütamadi olaraq Nurla təchiz olunmasıdır. Nurun insana ən çox əldə etməsi üçün Peyğəmbər (ə)lar və İmam (ə)lar öyrədiblər ki, hansı əməllər etdikdə daha çox nur qazanmaq və Nuru necə saxlamaq yollarını öyrədiblər. Bundan mükəmməl yol yoxdur. Qeyd edirəm ki, dinimizdə ən çox işlədilən sözlərdən biri savab sözüdür. Savab , yəni bonus qazanmaq. Savav elə Allahdan nur almaqdır, kim nə qədər Allah buyurduğuna peyğəmbər (ə)lar və İmam (ə)lar kimi əməl etsələr adekvat savab alır. Xoş hallarına o insanların ki, peyğəmbər (ə)lar və İmam (ə)lar məqamına çatmasalar da böyük şəxsiyyət kimi tanınacaq və izzət sahibi olacaq, rəhmətlik Hacı Şahin Həsənli kimi. Hətta dinimizə iman gətirməyənlər belə ona rəğbətlərini gizlədə bilmirdilər. Ən çox nur qaznmaq isə namaz vastəsi ilə olur. Gündə beş dəfə vacib namazlarında (özü müsətdir, torpaq mənfi) alır. Başqa xeyirxah əməllərdə də nur qazanmaq mümkündür. Məxsusən ailədə görülən işlərdə. Bir sözlə savab yerə tökülüb, yığan lazımdır.
Elşad Miri və Siracəddin Hacı təqdim etdikləri isə dinimiz ətrafındafərdi düşüncələridir, (əgər ona düşüncə demək olarsa). Hətta o dərəcədə səviyyəsizlik nümayiş edirlər ki, sanki müqəddəs bildiyimiz ilahi şəxsiyyətlərimizi elə bil əstəğfrullah tay – tuşdurlar. Gobudluqdan və sərt ifadələrdən belə çəkinmirlər. Məgər dinimiz bizlərə öyrətməyibmi ki, insanlaqrla rəftarda səbrli, dözümlü, həlimlü olaq və əxlaqla və mənəviyyətli olaq?. Elşad Mirinin və Siracəddin Hacının namazı necə və harada qıldığın görən varmı? Və ya bu adamların möcüzələrini görən varmı? Kimlərəsə nəsə öyrədiblərmi ki, Allahı yaxşı tanısın və böyük məqam sahibi olsun? Hələ demirəm şəriət məsələlərində hansı fəıtvalar verirlər.
Onların dedikləri isə İlahi vəhyə və ilah elmə söykənməyibdir ki, nəsə qazanılsın. Bu adamların danışdıqlar acı sözdən başqa bir şey deyildir. Əslində cəmiyyətimiz həqiqətləri bilmədiklərindən belə adamların monipulyasiyasın düşürlər.
O ki, qaldı siyasətçilərə, məxsusən partiya sədrlərinə tövsiyyəm budur ki, dinin həqiqətlərini öyrənsinlər ki, kimlərinsə fikirlərinə möhtac olmasınlar. Siyasətçilərin ən çox roxduqları imanlı şəxslərin siyasətdə baş qaldırmasıdır deyə, ənənəvi dinin daşıyıcılarını komunistlərin dövründən sırdan çıxarmaq ənənəsi bu gün də davan edir. Siyasətçilərin ən çox üzləşdikləri insanlar cəmiyyətin ictimai – siaysi həyatda nisbətən ayıq və agah insanlar olduğundan özlərinə sərf edən “dini” baxışı rəhbər tutaraq, hədəflərinə çatmaq istəyirlər, deyə ənənəvi dini bilgilərlə hesablaşmırlar. Daha doğrusu yanlış və xalqımız üçün yad olan məzhəb və təriqətləri din adında təşviq edirlər.
Tutaq ki, bu adamlara efir verildi, nə olacaq?. İnsanlarımız ağ günə çıxacaq?. Yoxsa siyasətçilər öz uğursuzluqlarını dinə və dindarlara bağlamaq niyətindədirlər?. Hələ çox suallar var yazsam neçə – neçə kitab olar.
Bütün yuxarıda sadladıqlarmı təhlili göstərir ki, həm Elşad Mirinin və həm də Siracəddin Hacının dinimizin həqiqətlərindən xəbərləri yoxdur, və əsas hədəfləri soydaşlarımızı çaşdıraraq Allahdan uzaqlaşdırmaq niyyətində olduqlarını sübut edir. Çünki dediklərində zərrə qədər İslam dininə aid elm yoxdur. Ancaq və ancaq publikanın xoşuna gəlmək üçün hesablanmış boş söz yığnağından başqa bir şey deyildir. Bir sözlə Şeytanın oyununa düşmüş nadan və cahillərdir. Allah hidayət eləsin! Özləridə yazıqdılar və elə biz də yazığıq. Əslində Allah İslam dinini insanlara yazığı gəldiyi üçün insanlara nemət verib.
“Onlar Allahın nurunu ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər”… Tövbə surəsi: 32
Dini mövzu çox böyük və geniş əhatəli olduğundan bir yazıya sığmayacaq deyə yaxın zamanlarda davamı da olacaq, inşəAllah!..
Hacı Tahir Abbaslı
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!