Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2025 / 07:54

Əməkdar müəllim sirkədən zəhərləndi və…-TƏƏSSÜF!

Göygöl rayonunun 1 nömrəli tam orta məktəbinin müəllimi, 1963-cü il təvəllüdlü Dilarə Qazıyevanın dünənki ölümü təəssüf hissi ilə qarşılanıb. İlkin məlumata görə, müəllim sirkə turşusundan zəhərlənərək həyatını itirib. D.Qazıyeva yaxınları tərəfində Göygöl rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
 Məlumat üçün bildirək ki, Azərbaycan dili və Ədəbiyyat müəllimi olan D.Qazıyeva fəaliyyəti dövründə “İlin müəllimi” və “Əməkdar müəllim” adlarını qazanıb.

Bəs sirkə turşusunun ölümə səbəb olmasında günah kimdə və ya nədədir? Rayon prokurorluğu hazırda bunu araşdırır. Müəllimənin iş yoldaşları da onun ölümünə təəssüflənirlər və sosial şəbəkələrdə gözəl insan və yaxşı müəllim olduğunu yazırlar.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!