Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyul 2024 / 08:45

ENERGETİKA NAZİRLİYİ VƏ TABELİ QURUMLARA 4167 MÜRACİƏT DAXİL OLUB

2024-cü ilin birinci yarımili ərzində Energetika Nazirliyi və tabeli qurumlara 4167 vətəndaş müraciəti daxil olub.

Müraciətlərin 3357-si müvafiq qaydada icra edilib, 504-ü isə təşəkkür və digər məsələlərlə bağlı məlumat xarakterli olub. 306 müraciət icradadır.

Energetika Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik enerjisinin verilişində fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qaz təchizatı, sayğaclaşma, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələrin verilməsi və digər mövzularla bağlı olub.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 197 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. 

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!