Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Maksvel ifadə vermək üçün şərt kimi əlavə təqibdən toxunulmazlıq tələb edib
Amerikalı maliyyəçi Ceffri Epşteynin əlbir olduğu Gisleyn Maksvel ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsində ifadə verməkdən imtina edib.
Tezadlar.az bildirir ki, bu barədə TASS məlumat verib.
Maksvel Texas həbsxanasında 20 illik cəza çəkdiyi üçün dinləmə qapalı keçirilib. O, özünə qarşı ifadə verməkdən yayınmağa imkan verən ABŞ Konstitusiyasının Beşinci Düzəlişinə istinad edib.
Maksvel əvvəllər ifadə vermək üçün şərt kimi əlavə təqibdən toxunulmazlıq tələb etmişdi. Komitə bu tələbi rədd edib.
Xatırladaq ki, maliyyəçi Ceffri Epşteyn cinsi istismar və yetkinlik yaşına çatmayanlara qarşı cinayətlərdə ittiham olunurdu. O, 6 iyul 2019-cu ildə həbs edilib. Prokurorlar bildiriblər ki, 2002-ci ildən 2005-ci ilə qədər Manhettendəki evinə onlarla yetkinlik yaşına çatmayan qızın səfərlərini təşkil etdiyinə dair dəlilləri var. Onlardan ən kiçiyi o vaxt 14 yaşında idi.
Maliyyəçiyə qarşı cinayət işi ölümü səbəbindən ləğv edilib. Epstein 10 avqust 2019-cu ildə həbsxana kamerasında ölü tapılıb.
2024-cü ilin yanvar ayında Nyu-Yorkun Cənub Dairəsi Epstein işi ilə bağlı sənədləri, o cümlədən elektron poçtları, şahid ifadələrini və hüquqi rəyləri dərc etməyə başlayıb. İlkin nəşrdə 150-dən çox insanın adı çəkilib.
Siyahıya ABŞ-ın keçmiş prezidenti Bill Klinton, ABŞ-ın hazırkı prezidenti Donald Tramp, Böyük Britaniyanın kralı III Çarlzın qardaşı Şahzadə Endryu və Microsoft-un qurucusu Bill Geyts daxil idi.
E.ŞİRİNOV