25 Sentyabr 2025 / 15:21

Ərdoğan ABŞ-da keçirdiyi görüşdə Makronla zarafat edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin mənzil-qərargahında keçirdiyi görüşdə fransalı həmkarı Emmanuel Makronla zarafat edib.

Tezadlar.az bildirir ki, bu barədə jurnalist Raqip Soylu sosial media platformasında məlumat verib. Nyu-Yorkda salamlaşarkən siyasətçilər bir-birlərindən necə olduqlarını soruşublar. Makron “xoşbəxtəm” cavabını verib.

“Deməli, onun xoşbəxt olduğu vaxtlar olur”, – Ərdoğan həmkarına bildirib.

360.ru saytı xəbər verir ki, bundan əvvəl Emmanuel Makron Nyu-Yorkda ABŞ prezidenti Donald Trampın kortejinin keçməsini gözləyərkən polis tərəfindən saxlanılıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!