11 Avqust 2025 / 19:30

Ərdoğan BMT-nin güclənməsinin vacibliyini vurğuladı

BMT-nin ciddi islahatlara ehtiyacı var.

Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin təsis olnumasının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirə videomüraciətində deyib.

O bildirib ki, BMT-nin öz öhdəliklərini yerinə yetirməyə davam etməsi üçün ciddi islahatlar labüddür: “Beynəlxalq sülhün, rifahın, qarşılıqlı etimadın və həmrəyliyin yenidən bərqərar olması üçün BMT-nin güclənməsinin vacibdir. BMT-nin beynəlxalq ədaləti təmsil edəcək quruma çevrilməsini təmin etmək hər kəsin borcudur”.

Ərdoğan əlavə edib ki, Türkiyə BMT-nin effektivliyinin artırılmasında fəal rol oynayacaq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!