Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Noyabr 2025 / 14:59

Ərdoğan: İsrail Qəzzaya yardım dəhlizlərini qəsdən bağlayır

Türkiyə Prezidenti vurğuladı ki, bu, sadəcə yardım deyil, insanlıq məsələsidir

İsrail əvvəllər verilən vədləri yerinə yetirməyərək Qəzza zolağına humanitar yardım dəhlizlərini qəsdən bağlayır.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Qəzzaya humanitar yardım dəhlizləri İsrail tərəfindən qəsdən bloklanır. Onlar əvvəllər gündə 600 yük maşınının humanitar yardım daşımasına icazə verəcəyinə söz vermişdilər, lakin bu vəd yerinə yetirilmir. Humanitar yardımın fələstinli qardaşlarımıza çatmasını təmin etmək üçün hər cür səy göstəririk. Bu, sadəcə yardım deyil, insanlıq məsələsidir”, – Ərdoğan şənbə günü Azərbaycana səfərindən qayıdarkən jurnalistlərə bildirib. Onun sözləri NTV televiziya kanalı tərəfindən sitat gətirilib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!