Finlandiya prezidenti Aleksandr Stubb Avropanın Yaxın Şərq münaqişəsi ilə bağlı mövqeyindən danışarkən ABŞ prezidenti Donald Trampdan cəsarətlə sitat gətirib.
Tezadlar.az bildirir ki, o, bu açıqlamanı “Politico”-ya müsahibəsində verib.
“Bu, bir az sərt səslənə bilər, amma İran mənim müharibəm deyil. Mənim müharibəm Ukraynadır”, – siyasətçi ABŞ-ın Avropa müttəfiqlərinin Fars körfəzində Trampa kömək edib-etməməsi ilə bağlı suala belə cavab verib.
Ötən ilin mart ayında ABŞ prezidenti Donald Tramp finlandiyalı həmkarı Aleksandr Stubbla qolf oynayıb.
26 martda Donald Tramp Almaniya kansleri Fridrix Mertsin İranla münaqişənin Almaniyanın müharibəsi olmadığı barədə açıqlamasını tənqid edib.
“Bilirsiniz, Ukrayna da bizim müharibəmiz deyil”, – deyə Ağ Ev rəhbəri bildirib.
E.ŞİRİNOV







