23 Sentyabr 2025 / 10:48

Ərdoğan NATO-nu Türkiyədən nümunə götürməyə çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata müsahibəsində bəyan edib ki, NATO Rusiya və Ukrayna ilə əməkdaşlıq qurmaqda Ankaranın təcrübəsindən öyrənməlidir.

Tezadlar.az xəbər verir ki, RİA Novosti onun sözlərini sitat gətirib.

“NATO həm Rusiya, həm də Ukrayna üçün tətbiq etdiyimiz modeldən istifadə etməlidir”, – Türkiyə lideri qeyd edib.

Ərdoğan Ukraynadakı münaqişəyə son qoyulmasından danışıb.

Daha əvvəl Amerikanın “Newsweek” jurnalı üçün yazdığı məqalədə Ərdoğan II Dünya Müharibəsindən sonra sülh və təhlükəsizliyi qorumaq üçün yaradılan BMT-nin artıq qlobal böhranların həllində öz funksiyasını yerinə yetirmək iqtidarında olmadığını bildirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!