1 Sentyabr 2025 / 12:37

Ərdoğan Putini Türkiyəyə dəvət edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini tezliklə ölkəsində görəcəyini gözlədiyini bildirib.

Tezadlar.az xəbər verir ki, onun sözlərini “İnterfaks” sitat gətirir.

Görüşdə Rusiya dövlətinin başçısına “əziz dost” deyə müraciət edən Ərdoğan Rusiya prezidentinə Türkiyəyə səfər etmək üçün hazırkı dəvəti xatırladıb.

“Bu qüvvədədir. Biz sizi tezliklə ölkəmizdə görmək istərdik”, – Ərdoğan deyib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!