Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ və Türkiyə prezidentləri Donald Tramp və Rəcəb Tayyib Ərdoğan görüş zamanı Ukrayna münaqişəsini müzakirə edəcəklər, lakin konkret təşəbbüslər müzakirə olunmayacaq.
Bu barədə Tezadlar.az mənbəyə istinadən xəbər verir.
“Ukrayna məsələsi, şübhəsiz ki, qaldırılacaq, lakin bu sahədə konkret təşəbbüslər barədə hazırda məlumat yoxdur”, – diplomatik missiyadan bildiriblər.
Bundan əvvəl Ankara-Moskva analitik şəbəkəsinin aparıcı eksperti, türkiyəli politoloq Engin Özer bildirmişdi ki, qarşıdakı görüşdə Ərdoğan Ukrayna üçün təhlükəsizlik zəmanətləri və liderlər arasında danışıqlar perspektivləri ilə bağlı yeni təşəbbüslər təqdim edə bilər.
Özer həmçinin bildirib ki, Tramp, Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş baş tutacaq mövzulardan biri ola bilər.
Sentyabrın 19-da ABŞ prezidenti türkiyəli həmkarı ilə görüşməyi planlaşdırdığını açıqlayıb. Tramp Ərdoğanla hər zaman çox yaxşı münasibətdə olduğunu qeyd edib.
E.ŞİRİNOV