Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Moskva və Kiyevlə daimi əlaqə saxlayır və münaqişənin həlli üçün bütün diplomatik imkanlarından istifadə edəcək.
“Biz sülh üçün səylərimizi davam etdiririk və səylərimizi davam etdirəcəyik. Biz həm Rusiya, həm də Ukrayna ilə təmasdayıq. Biz hazırkı vəziyyəti (tərəflər arasında dialoq kontekstində) daimi sülh üçün bir fürsət kimi görürük. Hər kəsə xatırladırıq ki, bu fürsəti əldən vermək olmaz. Gəlin bu fürsət pəncərəsini bağlamayaq. Bütün diplomatik gücümüzdən və potensialımızdan sülh üçün istifadə edəcəyik. Bu böyük yanğını söndürmək həm regionumuzda, həm də ölkəmiz üçün, həm də insani borcumuzdur”, – Tezadlar.az xəbər verir ki, “Anadolu” xəbər agentliyi Ərdoğanın sözlərindən sitat gətirib. Bu barədə prezident Azərbaycandan qayıdarkən jurnalistlərlə söhbətində bildirib.
Türkiyə lideri “hazırkı sülh səyləri nəticəsində arzulanan kompromis əldə ediləcəyinə ümid etdiyini” bildirib.
“Bütün dünya gördü ki, bu müharibə Avropanın təhlükəsizlik arxitekturasını və xüsusilə də onun enerji siyasətini kökündən dəyişdi. Avropa İttifaqı enerji sektorunda Rusiyadan asılılığını azaltmaq üçün imkanlar axtarır. Və bu, Türkiyə kimi enerji tranziti ölkələrinin geosiyasi dəyərini artırır”, – Ərdoğan əlavə edib.
E.ŞİRİNOV