6 Mart 2024 / 06:28

ERMƏNİLƏRİN “ARTSAX TƏDBİRİ” RƏDD OLUNDU

Xəbər verildiyi kimi ermənilər bu il martın 6-da Berlində  “Artsaxın mədəni irsi” adlı  kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar.

Diaspora Komitəsindən “Təzadlar”a bildirilib ki, bu gün tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb. Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir. Xatırladaq ki, Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində  iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün ciddi cəhd göstəriblər. Berlində  “Artsaxın mədəni irsi” adlı  kitabın təqdimat mərasiminin istənilən səviyyədə baş tutmaması Azərbaycan diasporunun fəallığının nəticəsidir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!