Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ermənistan yaxın vaxtlarda Aİ-yə üzv olmaq zərurəti ilə bağlı referendum keçirə bilər.
Tezadlar.az xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan Latviyaya səfəri zamanı Latviyanın “LSM.lv” telekanalı ilə söhbətində bildirib.
“Cəmiyyətimizin rəyi var – Avropa İttifaqının bir hissəsi olmaq. Bir neçə gün əvvəl parlamentimizdə referendumla bağlı müzakirələr getmişdi… Düşünürəm ki, nə vaxtsa yaxın gələcəkdə bu referendum bizdə də olacaq”, – deyə spiker vurğulayıb.
“Bizə Latviya və digər Avropa tərəfdaşlarından kömək lazımdır. Biz Latviya və Aİ üzvlərinin dəyərlərini bölüşürük, ona görə də Aİ ailəsinin tamhüquqlu üzvü olmaq üçün dəstəyə ehtiyacımız var”, – deyə parlament nümayəndəsi bildirib.
E.ŞİRİNOV