25 Fevral 2024 / 11:32

ERMƏNİSTAN SQ-İ NAXÇIVAN İSTİQAMƏTİNDƏ DƏ MÖVQELƏRİMİZİ ATƏŞƏ TUTUB

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!