Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“TRIPP layihəsində Rusiya tərəfinin iştirakı ilə bağlı İrəvanla heç bir müzakirə aparılmır”. Tezadlar.az “Sputnik Armeniya”ya istinadla xəbər verir ki, bu barədə parlament sədrinin müavini Ruben Rubinyan bildirib. Sitat: “Müzakirəyə hazır olduqlarını bilmək sevindiricidir, amma nəyin müzakirəsi? Belə müzakirələr yoxdur”.
Rubinyan layihədə Rusiya şirkətinin mümkün iştirakı ilə bağlı sualı isə belə cavablayıb: “Nəzəri suallara cavab vermirəm”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü departamentinin direktoru Mixail Kaluqinin sözlərinə görə, Rusiya tərəfi “Tramp marşrutu” təşəbbüsünün parametrləri ilə bağlı İrəvanla məsləhətləşmələr aparmağa hazırdır.