Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 07:43

Ermənilərin Gürcüstanın İrəvandakı səfirliyinin binası qarşısında etiraz aksiyası

Gürcüstanın İrəvandakı səfirliyi qarşısında alkoqol məhsulların istehsalçıları və ixracatçılarının iştirakı ilə etiraz aksiyası keçirilib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Aksiya iştirakçıları Gürcüstan tərəfinin addımlarından narazılıqlarını ifadə edirlər. Onların sözlərinə görə, Ermənistan məhsulları daşıyan yük maşınlarının Rusiyaya keçməsinə maneə törədilir və Gürcüstan ərazisində laboratoriya yoxlamasının keçirilməsini tələb edilir. Bildirilib ki, bu səbəbdən yük maşınları Ermənistan-Gürcüstan sərhədində bir neçə həftə dayanmağa məcbur olur. Bu da təkcə istehsalçılar və ixracatçılar üçün deyil, həm də nəqliyyat şirkətlərinə milyonlarla ziyan vurur. Etirazçılar Gürcüstan səfirliyindən yaranmış vəziyyətlə bağlı izahat və rəsmi mövqe tələb ediblər. Səfirliyin bir əməkdaşı ixrac zamanı maneələrlə üzləşən şirkətlərin siyahısını istəyib və bir neçə şirkətin adını qeyd edib. Buna baxmayaraq, aksiya iştirakçıları səfirliyə gedən yolu hər iki istiqamətdə bağlamağa qərar veriblər. Ermənistan İqtisadiyyat Nazirliyi bu məsələnin həlli istiqamətində intensiv iş aparıldığını qeyd edib. 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!