13 Aprel 2026 / 20:33

Ermənistan müxalifəti genişmiqyaslı mitinq keçirdi

Parlament seçkilərindən əvvəl Ermənistanda genişmiqyaslı müxalifət mitinqi keçirilib.

Tezadlar.az bildirir ki, bu barədə “Baza Telegram” kanalında məlumat verilib.

Nəşr bildirib ki, “Ötən həftə sonu son ayların ən böyük mitinqlərindən biri Ermənistan paytaxtında keçirilib – təxminən 40.000 nəfər Yerevanda yürüş edib”.

Rus iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” partiyasının tərəfdarları yürüşdə iştirak ediblər. Hazırda onun üzərində istintaq aparılır və müxalifət bunu hazırkı baş nazir Nikol Paşinyanın rəqibinə təzyiq göstərmək cəhdi kimi qəbul edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!