Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ermənistan hökuməti Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyev arasında gözlənilən görüş barədə məlumatı təsdiqləyib.
Tezadlar.az xəbər verir ki, Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti qeyd edib ki, Paşinyan avqustun 7-8-də ABŞ-a səfər edəcək.
“Baş nazir Paşinyan Vaşinqtonda ABŞ prezidenti Donald Trampla ikitərəfli görüş keçirəcək… o cümlədən ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə üçtərəfli görüş keçirəcək”, – məlumatda deyilir.
E.ŞİRİNOV