Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 22:11

Ermənistan Rusiyadan imtina etdi: Silah alışını Hindistan və Fransaya yönəltdi

Moskvanın Ukraynaya qarşı müharibəsi fonunda Ermənistan Rusiya silahlarını almaqdan imtina edib, əvəzində İrəvan Hindistan və Fransadan silah almağa başlayıb.

Tezadlar.az xəbər verir ki, bunu “Vedomosti” Rusiya Beynəlxalq İşlər Şurasının “Mövcud mərhələdə Rusiya-Ermənistan qarşılıqlı fəaliyyəti” adlı hesabatına istinadən yazıb.
Qeyd olunur ki, 2022-2023-cü illərdə Ermənistan Hindistanla 1,5 milyard dollardan çox, Fransa ilə isə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb. İrəvan Rusiya ilə sonuncu müdafiə sazişini hələ 2021-ci ildə bağlayıb. Üstəlik, o, hələ də tam icra olunmayıb.

Nəşr yazır ki, Ermənistan Hindistandan 214 mm-lik “Pinaka” reaktiv yaylım atəşi sistemləri, 155 mm-lik ATAGS artilleriya qurğuları, ZADS pilotsuz uçuş sistemləri, “Akaş-1S” hava hücumundan müdafiə sistemləri və “Konkurs” tank əleyhinə raket kompleksləri alıb.

İrəvan həmçinin Fransadan üç GroundMaster 200 radarı, Mistral 3 portativ zenit-raket kompleksləri və SEZAR özüyeriyən artilleriya qurğuları sifariş edib.

Musavat.com

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!