ABŞ- ın vitse- prezidenti Vens dünən Ermənistanda olub… Tezadlar.az xatırladır ki, Vensin sözlərinə görə, Ermənistan ABŞ-dən “V-BAT” dronları alıb. Vens İrəvanda Paşinyanla görüşdə həm də bildirib ki, yeni dronları almaq üçün Ermənistanla 11 milyon dollarlıq anlaşma imzalanacaq.
Hərbi ekspertlər də təsdiqləyir ki, “V-BAT” dronları daha çox müşahidə aparmaq üçün istifadə edilir, yuxarı istiqamətə qalxdığı üçün ABŞ-nin dəniz qüvvələrində, hərbi gəmilərində istifadə edilir. Ermənistanda isə dəniz yoxdur. Bəs bu dronlar nə üçündür? Belə çıxır ki, ABŞ bu yolla bölgəni Ermənistana satdığı bu dronlar vasitəsilə müşahidə edəcək?!
Onu da deyək ki, erməni diasporu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfərində diqqəti Araik Arutyunyan və dəstəsinin üzərinə yönəltməyə, onların azad edilməsi tələbini Vaşinqtonun gündəminə daxil etməyə çalışır və bu istiqamətdə səylərini artırır. Kilikya katolikosu I Aram, eləcə də Amerika Erməni Milli Komitəsi (ANCA) isə Vensə Bakıda “erməni əsirlərlə” görüşmək, onların qeyd-şərtsiz azad edilməsi tələbini irəli sürmək çağırışı edib… Deməli, Ermənistanla sülh danışıqları, dostluq əlaqələri öz yerində, amma Azərbaycan heç bir hakda “çomağı” yerə qoymamalıdır…
A.Məmmədli