12 Mart 2024 / 11:48

ESTONİYA DAXİLİ İŞLƏR NAZİRLİYİNİN RƏHBƏRİ AXTARIŞA VERİLİB

Estoniya Daxili İşlər Nazirliyinin rəhbəri Lauri Lanemets Rusiya Daxili İşlər Nazirliyi tərəfindən cinayət maddəsi ilə axtarışa verilib.

Tezadlar.az xəbər verir ki, bu, nazirliyin axtarış məlumat bazasından məlum olur.

“Lanemets Lauri. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, – məlumat bazasında deyilir. Məlumat bazasında axtarışın hansı maddə ilə aparıldığı göstərilməyib.

TASS hüquq-mühafizə orqanları Lanemetsə qarşı sovet əsgərlərinin abidələrinin dağıdılması və zədələnməsinə görə cinayət işi açıldığını aydınlaşdırıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!