Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Estoniya prezidenti Alar Karis “Politico” nəşrinə müsahibəsində Rusiya Federasiyası ilə həmsərhəd olan Avropa ölkələrini Amerika ordusunun mövcudluğunun potensial azalmasına cavab olaraq hərbi potensialını artırmağa çağırıb.
“Rusiya ilə həmsərhəd olan Avropa ölkələri Vaşinqtonun öz hərbi imkanlarını artırmaqla bu bölgədəki qoşunlarının sayını azaltması ehtimalına hazırlaşmalıdırlar”, – Tezadlar.az xəbər verir ki, o, öz nöqteyi-nəzərini bölüşüb.
Karis bildirib ki, aprel ayında ABŞ prezidenti Donald Trampla görüşü zamanı onu Şərqi Avropada Amerika hərbi kontingentinin saxlanmasının vacibliyinə inandırmağa çalışıb. Ağ Ev sahibinin bəzi sözləri Karisi ruhlandırsa da, Estoniya prezidenti qeyd edib ki, Vaşinqtonun Baltikyanı ölkələrdə bundan sonrakı addımlarını proqnozlaşdırmaq çox çətindir.
E.ŞİRİNOV