Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Estoniya hakimiyyəti Rusiya və Latviya ilə sərhədlər boyu 1 kilometrə qədər hündürlükdə uçuş qadağasını axşam və gecə saatlarında uzadıb.
Tezadlar.az xəbər verir ki, bu barədə TASS hava hərəkətinə nəzarət xidmətindəki mənbəyə istinadən məlumat yayıb.
Sentyabrın 19-da tətbiq edilən qadağa oktyabrın 23-dək qüvvədə olacaq.
“Bütün təyyarələrin, o cümlədən pilotsuz uçuş aparatlarının polis və sərhədçilərin xüsusi icazəsi olmadan bu ərazidə uçuşu qadağandır”, – agentliyin mənbəsi bildirib.
Mənbənin məlumatına görə, uçuş məhdudiyyətləri hər gün saat 17:00-dan (Moskva vaxtı ilə 20:00) səhər saat 4:00-a (Moskva vaxtı ilə 7:00) kimi qüvvədə olacaq.
Sentyabrın 19-da Estoniya Xarici İşlər Nazirliyi Rusiya təyyarələrinin hava məkanını pozması barədə məlumat verib. Bununla əlaqədar olaraq, Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Lenar Salimullin nazirliyə çağırılıb.
Estoniya Xarici İşlər Nazirliyinin məlumatına görə, pozuntu Finlandiya körfəzi üzərində baş verib. İddialara görə, üç Rusiya qırıcısı Estoniya hava məkanına daxil olub və 12 dəqiqə orada qalıb.
Rusiya Müdafiə Nazirliyi hava məkanının pozulmasını təkzib edərək, uçuşun beynəlxalq qaydalar çərçivəsində həyata keçirildiyini bildirib.
E.ŞİRİNOV