Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 15:02

Ev heyvanına qulluğa görə ödənişli məzuniyyət rəsmiləşdi…

İtaliya xəstəlik səbəbindən ev heyvanlarına qulluğa görə rəsmi olaraq ödənişli məzuniyyət verən ilk ölkə olub.

Bu barədə One Green Planet platforması məlumat verib.

Məlumatda  deyilir: “İşçilər təcili tibbi yardıma ehtiyac olduğunu təsdiqləyən baytarlıq arayışı təqdim etmələri şərtilə ildə üç günə qədər məzuniyyət tələb edə bilərlər”.

Məzuniyyət qeydiyyatdan keçmiş ev heyvanları olan işçilər üçündür. Heyvanlar həm də mikroçiplənməli və qeydiyyatdan keçirilməlidir.

Qeyd edək ki, bu təşəbbüs 2017-ci ildə, “Kucciola işi” kimi tanınan tarixi qərar qəbul edildikdə müzakirə olunub.

Roma Universitetinin kitabxanaçısı yaşlı ingilis setterinə (it cinsi-red) lazımi qaydada qulluq etmək üçün işdən məzuniyyət götürüb və həmin günlər üçün ödəniş almaq hüququna malik olub.

Onun komandası belə bir səbəbin hüquqi məsuliyyət hesab edilə biləcəyini uğurla sübut etdirib.

İtaliya qanunlarına görə, ağır vəziyyətdə olan heyvanı tərk etmək İtaliya Cinayət Məcəlləsinin 727-ci maddəsinə əsasən cinayət sayıla bilər.

“İtaliya qanuna bu dəyəri nəzərə almağa icazə verir. ABŞ da daxil olmaqla əksər ölkələrdə ev heyvanları hələ də qanuni olaraq mülkiyyət hesab olunur”, – deyə nəşr bildirir.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!