28 Dekabr 2022 / 09:47

İKİ FƏHLƏ DAM ÖRTÜYÜNÜ QARDAN TƏMİZLƏYƏRKƏN YIXILARAQ ÖLÜB

Dekabrın 28-də iki fəhlə Moskva yaxınlığındakı Voskresensk şəhərində yaşayış binasının damını qardan təmizləyərkən qüllənin nasaz olması səbəbindən yıxalaraq ölüb.

REN TV-nin məlumatına görə, söhbət Oktyabr küçəsindəki 13 saylı evdən gedir. “Ev İdarəsi” Bələdiyyə Unitar Müəssisəsinin iki əməkdaşı bu yaxınlarda yağan qardan sonra dam örtüyünü təmizləyərkən qüllədən yıxılaraq dünyasını dəyişib.

Qüllənin nasaz olduğu dəqiqləşdirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!